Pənah Hüseyn seçkidə kimi dəstəkləyəcək? – AÇIQLAMA

AĞ Partiyanın sədri Tural Abbaslı, Ümid Partiyasının sədri İqbal Ağazadə, Milli Məclisin sabiq sədri, uzun müddətdir ABŞ-da yaşayan Rəsul Quliyev növbədənkənar Prezident seçkilərində İlham Əliyevi dəstəkləyəcəklərini açıqlayıblar.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan Azərbaycan Xalq Partiyasının (AXP) sədri, sabiq baş nazir Pənah Hüseyn deyib ki, partiyası bununla bağlı qərar qəbul edib.

“Qərar verilmişdi ki, partiya sədri seçkidə iştirak etsə, onu müdafiə edək. Partiyanın sədri şəxsi təşəbbüsü ilə iştirak etməsə, bu halda partiya üzvlərinə sərbəstlik verilsin. Yəni partiya üzvləri istədiyi namizədə səs verməkdə sərbəstdirlər. Onlar istəsələr, səsvermədən iştirak edə və ya etməyə bilərlər”, – P.Hüseyn bildirib.

Turan Rzayev
Globalinfo.az