“Biz, D.Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi İB-nin sədri Novella Cəfərova, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İB-nin sədri Səidə Qocamanlı, Beynəlxalq İnsan Hüquqları Təşkilatının Azərbaycan bölməsinin sədri Səadət Bənənyarlı 2024-cü il fevralın 7-də Azərbaycan Respublikasında keçiriləcək növbədənkənar prezident seçkilərinin monitorinqini həyata keçirmək məqsədi ilə “Mənim Səsim” Seçki-Monitorinq Koalisiyasını təsis etdiyimizi bəyan edirik”.
Globalinfo.az xəbər verir ki, bu fikirlər söüz gedən bəyanatdandır.
Sənəddə bildirilir:
“Koalisiyanın işində tanınmış ekspert və politoloqlardan ibarət qrup, peşəkar müşahidəçilər komandamız fəaliyyət göstərəcək. Koalisiya seçkinin bütün mərhələlərinin monitorinqini apararaq aralıq, seçki günü və yekun hesabatlar hazırlayıb ictimaiyyətə təqdim edəcək”.
“Mənim səsim” Seçki-Monitorinq Koalisiyasının həmtəsisçiləri
Novella Cəfərova, Səidə Qocamanlı, Səadət Bənənyarlı
Zaira Akifqızı
Globalinfo.az














