Məşhur Hollivud aktyoru film dünyası ilə vidalaşdı

Məşhur Hollivud aktyoru film dünyası ilə vidalaşdı

Əfsanəvi britaniyalı aktyor Maykl Keyn böyük kinodan ayrılır.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Variety” nəşri məlumat yayıb.

“Artıq 90 yaşım var və artıq normal yeriyə bilmirəm. Buna görə də təqaüdə çıxıram”, – o bildirib.

Bu il Keynin baş rolda oynadığı “Böyük Qaçaq” komediyası ekranlara çıxacaq. Film qocalar evindən qaçan və yoldaşlarını yad etmək üçün Fransaya gedən İkinci Dünya müharibəsi veteranı haqqındadır.