Məşhur bloger Bakının mərkəzində ev alır

Rusiyada yaşayan Azərbaycan əsilli məşhur bloger Hüseyn Həsənov Bakıda mənzil almağı planlaşdırır.

Globalinfo.az lent.az-a istinadən bildirir ki, bu, Həsənovun Azərbaycanın paytaxtında ilk mənzili deyil. Onun artıq Nardaran kəndində mülkü var.

Bloger bu dəfə dostlarının məsləhətinə qulaq asmaq və şəhərin mərkəzində yeni bina almaq qərarına gəlib. O bildirib ki, evin 2025-ci ildə təhvil verilməsi planlaşdırılır.