Məşhur bazarın ətrafındakı küçə ticarəti yığışdırılır – VİDEO

Məşhur bazarın ətrafındakı küçə ticarəti yığışdırılır - VİDEO

Bakının Nizami rayonunda yerləşən “8-ci km Ticarət Mərkəzi”nin ətrafındakı küçə ticarətinin yığışdırılmasına başlanılıb.

Globalinfo.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə videogörüntülər paylaşılıb.

Fakt Nizami Rayon İcra Hakimiyyəti tərəfindən Oxu.Az-a təsdiqlənib.

Qeyd olunub ki, bazarın yaxın ətrafındakı mövcud küçə ticarətinin yığışdırılmasına ötən gündən start verilib.

“Ərazidə səliqə-sahmanın bərpa olunması üçün həyata keçirilən işlər çərçivəsində küçə ticarətinin təşkil olunduğu piştaxtalar sökülərək ərazidən yığışdırılır”, – deyə məlumatda bildirilir.

 

View this post on Instagram

 

A post shared by Globalinfo.az (@globalinfo_az)