Məşhur aktyordan üzücü xəbər: bir il ömrü qalıb

Hollivud ulduzu, döyüş filmlərinin məğlubedilməz qəhrəmanı Bryus Uillis haqıında xoşagəlməz  xəbər var.

 Globalinfo.az lent.az-a istinadən bildirir ki, onun qızı atası ilə bağlı paylaşım edərək, atasının daha heç kimi tanımadığını, oxumaq və danışmaq qabiliyyətini  tamamilə itirdiyini deyib.

O bildirib ki, həkimlər atasının bundan sonra bir il və ya il yarım yaşaya biləcəyini deyirlər.

Bir neçə ilkir kəskin demensiyadan əziyyət çəkən Bryus Uillisin qayğısına ailəsi qalır.

Bryus Uillis  “Məğlubedilməz” film silsiləsi ilə dünya şöhrəti qazanıb.