Türkiyənin məşhur aktyoru Engin Altan Düzyatan Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Beynəlxalq Məşvərət Şurasında iştirak edəcək.
Globalinfo.az xəbər verir ki, aktyor iqlim dəyişikliyi ilə mübarizə istiqamətində atılan addımları təbliğ etmək vəzifəsi daşıyan dünya ictimaiyyətinin 21 nüfuzlu nümayəndəsi arasında yer alacaq.
“Diriliş Ertuğrul” serialı ilə populyarlıq qazanan E.A.Düzyatan ötən il Dubayda keçirilən COP28-ə də qatılıb. Orada Türkiyə adından plastik tullantıların və mikroplastiklərin ətraf mühitə mənfi təsiri ilə bağlı təqdimat edib.