Məşhur aktyor “Arka sokaklar”dan gedir

16 ildir davam edən “Arka sokaklar” serialının baş rol oyunçularından biri, Hüsnü Çoban rolunun ifaçısı Özgür Ozan filmdən ayrılacağını bildirib.

Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, o artıq yorulduğunu bildirib.

“Mənim üçün bu filmdə edəcək bir şey qalmadı. 40 dəfə yaralandım. Ölümdən döndüm, övladlarım böyüdülər, ailələri dağıldı, narkoman oldular, daha nələr, nələr. Edəcək bir şey qalmadı, məncə getmək zamanı gəldi. Özümü başqa rollarda da görmək istəyirəm. Son illər özümü aktyordan çox polis kimi hiss edirəm”, – o bildirib.

Qeyd edək ki, Özgür Ozan  bir müddət öncə Məsud komissar rolunun ifaçısı Şevket Çoruhun serialdan ayrılmasına etirazını bildirib, bunu insanları yarı yolda qoymaq adlandırıb.