Türkiyəli aktyor Kubilay Aka “Yalı çapkını” serialının “Ferit”i Mert Ramazan Demirlə dava edib.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu günlərdə “OGM Pictures” şirkətinin Yeni il şənliyindən sonra bir neçə aktyor əylənmək üçün başqa bir məkana gedib.
Restoranda Kubilay Aka Mert Ramazan Demirin aktrisa Afra Saraçoğlu ilə səmimi münasibətindən qıcıqlanıb. Aktrisanın sevgilisi Mert Yazıcıoğlu ilə çox yaxın dost olan Kubilay Aka həmkarı Mert Ramazan Demirin üstünə qışqırıb və “hər kəs hərəkətlərinə diqqət eləməlidir”, – deyə bildirib.
Aktyorların davasına aktyor Ersin Arıcı da qoşulub. O, Kubilay Akaya sərt reaksiya verib. Digər sənət yoldaşları isə gənc ulduzları sakitləşdirib. Kubilay Akanı avtomobilə əyləşdirib oradan uzaqlaşdırıblar.














