Türkiyənin məşhur aktrisası özünü güllələdi

Türkiyənin tanınmış aktrisası Merve Kayaalp özünü güllələyib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası yazıb.

36 yaşlı aktrisanın atasına məxsus silahla həyatına son qoyduğu bildirilib.

Qeyd edək ki, M.Kayaalp “Sakarya Fırat”, “Düşler ve Umutlar”, “Elif”, “Şeref Meselesi” və “Savaşçı” seriallarında rol alıb.