Məşhur aktrisa 39 yaşında vəfat etdi

Məşhur aktrisa 39 yaşında vəfat etdi

Məşhur ABŞ aktrisası Mişel Traxtenberq 39 yaşında vəfat edib. 

Globalinfo.az xəbər verir ki, bu barədə “ABC” telekanalı məlumat yayıb.

Qeyd edək ki, aktrisa yaxın zamanda qaraciyər transplantasiyası əməliyyatı keçirib. Ölüm səbəbinin əməliyyat sonrası fəsadın olduğu ehtimal edilir.

Aktrisa “Yenidən 17”, “Avropa turu”, “Cinayətkar kimi düşünmək” filmləri, “Doktor Haus”, “Qeybətçi qız” serialları kimi bir sıra ekran əsərlərində yer alıb.

Aysel Əliyeva
Globalinfo.az