Hindistan kinosunun əfsanə aktyorlarından Dharmendra xəstəxanaya yerləşdirilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Hindistan KİV məlumat yayıb.
10 noyabr səhər saatlarında 89 yaşlı aktyorunun tənəffüs yollarında ağırlaşmanın yaranması şikayəti ilə Mumbayda xəstəxanaya yerləşdirildiyi bildirilib. Bundan sonra onun ölüm xəbəri yayılsa da, aktrisa olan qızı İşa Deol iddiaları təkzib etdi və medianı yalan xəbər yaymaqda günahlandırdı.
Həmçinin həyat yoldaşı Hema Malini də aktyorun sağ olduğunu və sadəcə müalicəsinin davam etdiyini bildirib. Hazırda Şahrux Xan, Salman Xan, Govinda və digər bir sıra “Bollivud” ulduzları Dharmendranın olduğu xəstəxananı ziyarət edir, onun vəziyyəti ilə maraqlanırlar.
Qeyd edək ki, Dharmendra Azərbaycanda da sevilən “Bollivud” aktyorlarından olub. O, “Qisas və qanun“, “Daş və Çiçək”, “Daharam Ver”, “Sevimli Raca” və s. filmləri ilə ölkəmizdə tanınır.
Əliyar Xəlil
Globalinfo.az














