Məscidə hücum: 44 nəfər öldü, matəm elan edildi

Məscidə hücum: 44 nəfər öldü, matəm elan edildi

Nigerin cənub-qərbində məscidə hücum nəticəsində azı 44 nəfər həlak olub.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Məhəmməd Toumba məlumat yayıb.

Nazir açıqlamasında 4-ü ağır olmaqla, 13 nəfərin yaralandığı hücumun İŞİD-ə bağlı terror qrupıarı tərəfindən həyata keçirildiyini bildirib.

Hökumət hücumla əlaqədar bu gündən başlayaraq ölkədə 3 günlük milli matəm elan edib.