1690716540 646e2033733e9f821c1e4e41d27002d6untitled 1 jpg

ABŞ Qırmızı dənizdə husilərin gəmilərə hücumlarının qarşısını almaq üçün əməliyyata başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, əməliyyat “Rifahın keşikçisi” adlandırılıb.

Böyük Britaniya, Fransa, İtaliya, Niderland, Bəhreyn və Seyşel adaları da daxil olmaqla, bir çox dövlətlər burada iştirak edəcək.

Müdafiə naziri Lloyd Ostin bildirib ki, əməliyyat Qırmızı dənizin cənubunda və Ədən körfəzində husilərin hücumlarının qarşısını almaq üçün nəzərdə tutulub.

Paylaş: