Kaxovka bəndini hansı ölkə partladıb? – Məsələ böyüyür

Ukraynanın Xerson vilayətində yerləşən Kaxovka su anbarının partladılması ilə bağlı müxtəlif iddialar səsləndirilir.

Globalinfo.az xəbər verir ki, Qərb və rəsmi Kiyev bu məsələdə Rusiyanı günahlandırsa da, bəzi dairələr hadisənin Ukrayna tərəfindən törədildiyini iddia edirlər.

Amerikalı tanınmış aparıcı Tucker Karlsonun bununla bağlı səsləndirdiyi fikirlər və Elon Maskın onu dəstəkləməsi isə Ukrayna rəsmi dairələrində birmənalı qarşılanmayıb.

Ukrayna Prezident ofisi rəhbərinin müşaviri Mixail Podolyak bu iddanı axmaqlıq adlandırıb:

“Rusiya işğal altındakı su elektrik stansiyalarını bombalayır və Kaxovka bəndini partladır. Onlarla kənd və qəsəbə su altında qalıb. Heyvanlar ölür, insanlar evlərinin damında oturub kömək gözləyirlər. Bölgədə ciddi quraqlıq riski yaranıb. Bəzi dünya media qurumları isə günahkar axtarırlar. Amma həqiqət göz qabağındadır. Elon Mask isə deyir ki, gəlin Tucker Karlsonu dinləyək, bunu Ukraynanın etdiyinə dair iddialar səsləndirirlər. Bu, sadəcə, axmaqlıqdır”.

Ayşən Mustafa
Globalinfo.az