Mert Hakanın ayağı amputasiya olunacaq? – “Fənərbaxça”dan açıqlama

68225786a650a68225786a650b174708109468225786a650768225786a6509

Türkiyə Super Liqası təmsilçilərindən “Fənərbaxça” bəyanat yayıb.

Globalinfo.az Apasport.az-a istinadən xəbər verir ki, klub tərəfindən bu gün komandanın üzvü Mert Hakan Yandaşla bağlı yayılan bir sıra xəbərlər təkzib olunub.

“Sarı-lacivərdlilər” yarımmüdafiəçinin uğurlu əməliyyat keçirdiyini, haqqında çıxan xəbərlərin yalan olduğunu və yaxın zamanda evə buraxılacağını açıqlayıb.

Qeyd edək ki, daha əvvəl “Oda TV” futbolçunun vəziyyətinin yaxşı olmadığını, infeksiyanın get-gedə yayıldığını, hətta ayağının kəsilmə riski olduğunu bildirmişdi.