9990

Mərmərə dənizində iki Türkiyə bayraqlı ticarət gəmisi toqquşub.

Globalinfo.az xəbər verir ki, hadisədən sonra 10 heyət üzvü ilə əlaqə saxlamaq mümkün olmayıb.

Hadisə barədə məlumat daxil olduqdan sonra Sahil Mühafizəsi, Mərmərə və Boğaz Komandanlığının çoxsaylı dəniz qüvvələri, həmçinin sahil mühafizəsinə məxsus helikopter hadisə yerinə göndərilib.

Hazırda bölgədə axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Paylaş: