Mərkəzi Bankın sədri iqtisadçılarla görüşdə nə danışıb? – İLK DƏFƏ

Mərkəzi Bankın sədri iqtisadçılarla görüşdə nə danışıb? – İLK DƏFƏ

“Ötən gün Mərkəzi Bankın rəhbəri hörmətli Tale müəllimin dəvəti ilə ilk dəfə olaraq bir qrup iqtisadçının, o cümlədən mənim iştirakımla görüş keçirildi. Bu, təqdirəlayiq və alqışlanası haldır. Çünki buna qədər dövlət və hökumət nümayəndələri müstəqil ekspertlərlə bu tipli müzakirələr aparmayıblar.

Bu sözləri Globalinfo.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun ölkədəki iqtisadçı-ekspertlərlə görüşü haqda danışarkən deyib.

Bildirib ki, görüşdə bir neçə vacib məsələ müzakirə olunub:

“Makro iqtisadi göstəricilər, Mərkəzi Bankın fəaliyyəti, kapital bazarı, qanunvericilikdə olan boşluqlar və s. Sonda qərara gəlindi ki, belə görüşlər davamlı olsun.

Manatın məzənnəsinin inzibati qaydada tənzimlənməsi müzakirə olunsa da, devalvasiya haqda hansısa danışıq olmadı. Çünki buna ehtiyac da yoxdur. Azərbaycan manatı “kağız neft” deməkdir. Neftin qiymətinin yüksək olduğu bir dövrdə Azərbaycan manatına heç bir təzyiq yoxdur. Əksinə, ölkədə valyuta gəlirləri xeyli artıb. İndiki şəraitdə manata hansısa təzyiqlərin olduğunu düşünmürəm və bu, mümkünsüz görünür.

Düzdür, müəyyən təhdidlər var, çünki iqtisadi modelimiz neft bazarından asılıdır. Əgər gələcəkdə neft qiymətlərinin yenidən kəskin ucuzlaşmasının şahidi olsaq, o zaman manata təzyiqlər artacaq”.

Zaira Akifqızı
Globalinfo.az