Erdogan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran və Suriyada baş verən hadisələrə münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, Ərdoğan Türkiyənin qonşusu olan İranın İsrailin hücumlarından sonra yeni bir sınaqla üz-üzə qaldığını deyib.

“Biz hamımız küçələrdə baş verən prosesləri diqqətlə izləyirik. Dialoq və diplomatiyaya üstünlük verən təmkinli və balanslı siyasət sayəsində İran xalqı bu çətin dövrü geridə qoya biləcək.

İnanırıq ki, Allaha güvənərək, iranlı qardaş və bacılarımız bu mürəkkəb mərhələni uğurla adlayacaq”, – Ərdoğan vurğulayıb.

Türkiyə lideri qeyd edib ki, regionda sabitliyin qorunması bütün tərəflər üçün mühüm əhəmiyyət daşıyır.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: