Merkel Putin üçün qurduqları ən böyük oyunu açıqladı

Merkel Putin üçün qurduqları ən böyük oyunu açıqladı

Minsk razılaşması Ukraynaya güclü olması üçün qiymətli vaxt qazandırıb.

Globalinfo.az xəbər verir ki, bunu Almaniyanın keçmiş kansleri Angela Merkel “Dia Zeit” qəzetinə müsahibəsində deyib.

“2014-cü il Minsk razılaşması Ukraynaya zaman qazandırmaq cəhdi idi. Kiyev bu vaxtdan güclənmək şansı kimi istifadə etdi. 2014-2015-ci ilin Ukraynası ilə indiki ölkə eyni deyil”, – Merkel bildirib.

Qeyd edək ki, Minsk razılaşması Ukrayna, Rusiya, Fransa və Almaniya arasında imzalanıb. Müqaviləyə əsasən, atəşkəs təmin olunmalı, Donbasdakı qondarma rejimlərə Ukrayna daxilində muxtariyyət verilməli, eləcə də rus dili rəsmi dil olmalı idi. Kiyev bu razılaşmaya əməl etməyəcəyini 2020-ci ildən sonra açıqlayıb. Üstəlik, Berlin və Parisi Moskvaya dəstək verməkdə ittiham edib.

İlkin
Globalinfo.az