Merkel Kiyevə xəyanəti etiraf etmədi

Ukraynadakı müharibəyə baxmayaraq, Rusiyaya münasibətdə siyasətim doğru idi.

Globalinfo.az xəbər verir ki, bunu Almaniyanın keçmiş kansleri Angela Merkel ZEİT qəzetinə müsahibəsində deyib.

“Mən iki ölkə arasındakı nizamlama üçün diplomatik cəhdləri dəstəkləyirəm. Təəssüf ki, o zaman bu nizamlanmanın aparılmasından maraqlı olmayanların sayı kifayət qədər çox idi”, – o bildirib.

Merkel hazırda Ukrayna üçün həddən artıq narahat olduğunu söyləyib:

“Mən çalışırdım ki, səlahiyyətlərim çərçivəsində bu situasiyanın qarşısını alım. Bunun uğurla nəticələnməməsi bu cəhdin doğru olmamasının sübutu deyil”.

Qeyd edək ki, Merkel Rusiya ilə Ukrayna arasında Donbas savaşından sonra başladılan Minsk prosesinin əsas təşəbbüskarı idi. Qərbdə çoxları onu Kiyevə zamanında dəstək verməməkdə və Berlini Rusiyadan asılı etməkdə günahlandırır.