Bakıda bu il istilik mövsümünün noyabrın 15-də başlanması nəzərdə tutulub.
Globalinfo.az xəbər verir ki bunu Trend-ə açıqlamasında “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı deyib.
O bildirib ki, noyabrın 1-dən isə 14 dağlıq və dağətəyi rayonlarda başlanacaq.
Həmin rayonlar aşağıdakılardır:
- Daşkəsən;
- Gədəbəy;
- Xaçmaz;
- Kəlbəcər;
- Qəbələ;
- Quba;
- Qusar;
- Laçın;
- Lerik;
- Şamaxı;
- Siyəzən;
- Şabran;
- Şuşa;
- Yardımlı.
E.Basqallı qeyd edib ki, hələlik işğaldan azad edilmiş ərazilərdən yalnız Şuşada qazanxana var: “Orada yeddi qazanxanamız var”.














