Mən Putinə nə deyərdim? Deyərdim ki… – Polşa lideri

Mən Putinə nə deyərdim? Deyərdim ki... - Polşa lideri

Polşa Prezidenti Andjey Duda rusiyalı həmkarına xəbərdarlıq edib. 

Globalinfo.az xəbər verir ki, jurnalistlərə açıqlama verən Duda  Putinin Ukraynada uduzacağını deyib.

“Mən Vladimir Putinə nə deyərdim? Deyərdim ki, əvvəl-axır bu onun üçün pis bitəcək, çünki inanıram ki, dünya birləşib, ədalətin tərəfində yer alacaq. Ədalət isə Ukraynadır. Əgər NATO, AB və qərb demokratiyası Ukraynaya dəstək versə, Vladimir Putin uduzacaq”, – o söyləyib.

İlkin Həsənov
Globalinfo.az