Məmməd İsmayıl xəstəxanadan evə buraxıldı

Məmməd İsmayıl xəstəxanadan evə buraxıldı

Şair Məmməd İsmayıl müalicə aldığı xəstəxanadan evə buraxılıb.

Globalinfo.az bildirir ki, bu barədə APA-ya onun qızı İntizar İsmayıl məlumat verib.

Onun sözlərinə görə, şairin səhhəti hazırda stabildir və ev şəraitində müalicəsini davam etdirəcək.

Qeyd edək ki, Məmməd İsmayıl keçən ayın 30-da xəstəxanaya yerləşdirilib və həkimlər onun bədənində infeksiya aşkar ediblər. O, bu səbəbdən bir neçə gün ərzində həkim nəzarəti altında saxlanılıb.