netanyahu

İranİsrail arasında atəşkəs elan etməzdən əvvəl ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahuya zəng edib”.

Globalinfo.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

“O, Netanyahudan bütün hərbi əməliyyatların dayandırılmasını tələb edib. Bildirib ki, Tehran artıq əhəmiyyətli dərəcədə zəifləyib”, – deyə qeyd olunub.

Nəşr bildirib ki, ABŞ prezidentinin Milli Təhlükəsizlik Qrupu vasitəçilərin köməyi ilə İrana mesajlar göndərib:

“Mesajda İsrailə zərbə endirməmək və atəşkəslə razılaşmaq tələb olunub. Bundan əvvəl D.Tramp Qətər əmiri Şeyx Təmim bin Həməd Al Taniyə də zəng edərək, atəşkəsə nail olmaq üçün Tehrana təsir göstərməsini istəyib. Ağ Ev sahibi hər iki tərəfi tezliklə atəşkəsin zəruriliyinə inandıra bilib”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: