Məktəbliləri daşıyan mikroavtobus aşdı: yaralıların son durumu…

Məktəbliləri daşıyan mikroavtobus aşdı: yaralıların son durumu...

Ötən gün axşam saatlarında Şamaxı rayonunun Hacıqədirli kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyətləri açıqlanıb.

Globalinfo.az-ın xəbərinə görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, aprelin 25-i, saat 23:00-da Şamaxı rayonunun Hacıqədirli kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar yeddi nəfər (iki qadın cinsli, beş kişi cinsli) TƏBİB-in tabeli tibb müəssisələrinə təxliyə olunub.

“Altı nəfər Ağsu Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri alan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti qənaətbəxş olan dörd nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda iki nəfərin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabildir.

Xəsarət alan bir nəfər isə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Pasiyentə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb”, – deyə məlumatda bildirilir.