
Gəncə şəhər Ə.Cavad adına 2 nömrəli tam orta məktəbin şagirdləri arasında məktəbdənkənar ərazidə mübahisə yaranıb. Mübahisə zamanı şagirdlərdən biri digərinə xəsarət yetirib.
Globalinfo.az xəbər verir ki, bu barədə olaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Qeyd olunanlarla yanaşı, stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək məqsədilə müvafiq profilaktik tədbirlər aparılır. Şagirdlərin psixoloji durumu məktəb rəhbərliyi və regional idarə tərəfindən izlənilir.
***16:17
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb:
“Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisindəki məktəblərin birində 2 nəfər şagirdin mübahisə etməsi barədə məlumat daxil olub.
Məsələ ilə bağlı həmin şagirdlərin valideynlərinin iştirakı ilə izahatları alınıb, məktəblilərdən xəsarət alan yoxdur. Hazırda araşdırmalar davam etdirilir”.
X X X
Gəncədə bir qrup məktəbli arasında dava olub.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.
Davada müxtəlif dərəcəli bədən xəsarəti alan Fərid Quliyev, Amin Hümbətov və Raul Hüseynov Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Xəsarət alanlar Ə. Cavad adına 2 nömrəli tam orta məktəbin 9-10-cu sinif şagirdləridirlər.
Hadisənin məktəbin ərazisindən kənarda baş verdiyi bildirilir.