Mehri ətrafında nə baş verir? – Bakıdan açıqlama

Mehri ətrafında nə baş verir? - Bakıdan açıqlama

Son günlər sosial şəbəkələrin erməni seqmentində Ermənistanın Azərbaycanla sərhədyanı əraziləri boşaltmasına dair məlumatlar yayılıb. Diqqətçəkən məqam bəzi erməni deputatların da bu haqda məlumatlar paylaşıb müsahibələrə diqqət çəkməsidir.

Maraqlıdır, Azərbaycandan bu xəbər necə görünür və necə şərh edilir?

Hansı məlumatlara malikik? Gerçəkdən də ermənilərin dediyi kimidir orada vəziyyət?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, erməni mənbələrində Mehri və ətraf ərazilərin boşaldılmasına dair yayılan məlumatların həqiqətə uyğun olduğunu düşünmür:

Mehri ətrafında nə baş verir? - Bakıdan açıqlama

Oqtay Qasımov

“Bildiyiniz kimi, bir müddətdir Qərb mənblərində Azərbaycanın Ermənistana hücum edəcəyi, regionda yeni gərginliyin başalayacağına dair xəbərlər dərc edilirdi. Prinsip etibarilə erməni mediasında dərc edilən xəbərlər də bunun məntiqi davamıdır. Yəni bu proses müəyyən mərkəzdən idarə edilir.

Bununla belə, rəsmi Bakı məsələlərə aydınlıq gətirib. Özü də birdən çox və ən yüksək səviyyədə açıqlama verilib ki, Bakının belə bir niyyəti yoxdur. Azərbaycan faktiki olaraq torpaqlarını işğaldan azad edib. Yəni regionda yeni gərginlik Azərbaycanın maraqlarına uyğun deyil”.

Politoloq deyib ki, erməni müxalifəti gərginlik motivli xəbərlərlə Paşinyan hakimiyyətinə qarşı daxili auditoriyada qıcıq yaratmaq istəyir:

“Diqqət etsəniz xəbərlərdə daha çox Mehrinin adı çəkilir. Zəngəzur dəhlizi də məhz Mehridən keçməli idi. Yəni müxalifət bununla “Paşinyan Əliyevin dediklərini edir” kimi təəssürat yaradır. Bununla daxili auditoriyanı qızışdırmaq və güc toplamaq istəyən müxalifət xaricdən də dəstək alır”.

Turan Rzayev
Globalinfo.az