2008-ci il müharibəsinə görə araşdırma başladıla bilər

2008-ci il müharibəsinə görə araşdırma başladıla bilər

“2008-ci il müharibəsinin səbəblərini öyrənmək üçün Konstitusiya Məhkəməsinə müraciət edə və parlamentdə komissiya yarada bilərik”.

Globalinfo.az xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.

“Məsələdən bütün ictimaiyyət xəbər tutacaq. Əsas odur ki, Mixail Saakaşvilinin Vahid Milli Hərəkat rejiminin 2008-ci ildə törətdiyi cinayət sona qədər araşdırılsın”, – deyə o bildirib.

Qeyd edək ki, 2008-ci il müharibəsi nəticəsində Rusiya Gürcüstanın Cənubi Osetiya bölgəsini işğal edərək, buradakı qondarma rejimin müstəqilliyini tanıyıb. M.Saakaşvili bundan öncə dəfələrlə müharibənin başlanma səbəbini və rusların hansı planı qurduqlarını açıqlayıb. Lakin həmin açıqlamalar hökuməti qane etməyib. Həm hakimiyyət, həm də rusiyayönlü partiyalar müharibənin başlanmasında Rusiyanı yox, Gürcüstanı günahkar hesab edirlər.

M.Saakaşvili hazırda həbsdədir.

Əliyar Xəlil
Globalinfo.az