İran səfiri: “Bu, Ermənistan hökumətindən asılıdır”

“Onlar təhdid dilində danışmamalıdırlar”.

Globalinfo.az xəbər verir ki, bunu İrəvanda jurnalistlərə açıqlama verən İranın Ermənistandakı səfiri Mehdi Sübhani deyib.

O, Bakının Ermənistanla təhdid dilində danışdığını nəyə əsaslanaraq dediyinə aydınlıq gətirməyib:

“Əgər söhbət sülh dialoqundan gedirsə, onlar təhdid dilində danışmamalıdırlar. Ermənistanla tərəfdaşlığımıza gəlincə bu, Ermənistan hökumətindən asılıdır. Biz qarşılıqlı maraqlara uyğun olaraq Ermənistanla bütün sferalarda əməkdaşlığa hazır olduğumuzu ifadə etmişik”.

Zəngəzur dəhlizi məsələsinə toxunan səfir regionda sərhədlərin və geosiyasi dəyişikliklərin əleyhinə olduğunu bildirib.

Qeyd edək ki, Azərbaycan bundan öncə dəfələrlə Ermənistan ərazisinə hücum etmək niyyətində olmadığını bildirib.

Əliyar Xəlil
Globalinfo.az