“Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin Vladimir Putinin doğum günündə etdiyi zarafat Böyük Britaniyada narazılıq yaradıb”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri britaniyalı jurnalist Uill Stüard deyib.
Məlumata görə, Rusiya Sibirdə “Yars” qitələrarası ballistik raket sistemlərinin təlimlərinə başladığını elan edib. Bundan sonra D.Medvedev Britaniyaya ironiya edib. O, Rusiya Xizək Yarışları Federasiyasının prezidenti Yelena Vyalbenin Londonun mərkəzinə “güclü bomba” atmaq təklifini müsbət qiymətləndirdiyini deyib.
“Vyalbenin təklifi yaxşıdır, lakin Britaniya ilə məsələni dərhal kökündən həll etmək lazımdır. Bunun üçün də bütün adanı batırmalıyıq”, – Medvedev bildirib.
Onun açıqlaması Böyük Britaniyada növbəti avantüra kimi dəyərləndirib.
Safura Bənnayeva
Globalinfo.az