Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna prezident administrasiyasının rəhbəri Andrey Yermakın istefası ilə bağlı açıqlama verib.
Globalinfo.az xəbər verir ki, o, fikrini MAX messencerindəki paylaşımında bildirib.
Medvedev iddia edib ki, Ukrayna Prezidenti Voloadimir Zelenski korrupsiya qalmaqalından sonra legitimliyini itirib və Rusiya ilə mümkün sülh sazişi imzalamaq hüququna malik deyil.
O, paylaşımında Yermakın istefasını “sistemdə dağılmanın simptomu” kimi qiymətləndirib və kəskin ifadələrlə tənqid edib.
Qeyd edək ki, Yermak noyabrın 28-də istefa verib. Bundan əvvəl Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğunun (SAPO) əməkdaşları onun evində axtarış aparıblar.
Tahir Turan
Globalinfo.az