Ermənistanın Baş naziri Nikol Paşinyan Polşa prezidenti Anjey Duda ilə görüşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, tərəflər Ermənistan-Polşa əməkdaşlığı və onun gələcək inkişafı məsələlərini müzakirə ediblər.
Paşinyan bildirib ki, Ermənistan və Azərbaycanın sərhədlərin delimitasiyası üzrə komissiyaları birgə fəaliyyət haqqında əsasnamə imzalayıblar. Bu əsasnamədə sərhədlərin delimitasiyası prosesində tərəflərin Alma-Ata Bəyannaməsini rəhbər tutacağı qeyd olunub.
Baş nazir həmkarının diqqətinə hazırda Ermənistan və Azərbaycanda sənədin razılaşdırılması üçün dövlətdaxili prosedurların aparıldığını çatdırıb.
Polşa Prezidenti Ermənistan və Azərbaycan arasında sülh prosesinin və regionda sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıb.
Müşviq Tofiqoğlu,
Globalinfo.az