static images.vnncdn.net vps images publish 000001 000003 2024 5 26 dmitry medvedev 1637 1 900x600 1

Ukrayna yaxın gələcəkdə daha çox torpaq itirəcək.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev deyib.

O bildirib ki, Ukrayna SSRİ dağılandan sonra əldə etdiyi ərazilərin artıq 20 faizdən çoxunu itirib.

Medvedev həmçinin Ukraynanın zəifləmə prosesinin geri dönməz olduğunu iddia edib.

Onun sözlərinə görə, Qərbin dəstəyi və NATO üzvlüyü ilə bağlı vədlər də Ukraynanın parçalanmasının qarşısını ala bilməyəcək.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: