
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Fransa Xarici İşlər Nazirliyinin Belqoroda hücumla bağlı mövqeyini sərt şəkildə tənqid edib.
Globalinfo.az “TASS”a istinadən xəbər verir ki, D.Medvedyev bu barədə Teleqram hesabında yazıb.
“Biz fransızları heç vaxt sevməmişik. Qurbağa yeyənlər bizimlə döyüşüblər”, – Medvedyev bildirib.
Medvedev Fransa Xarici İşlər Nazirliyinin Kiyevin kassetli sursatlardan istifadə etməklə Belqoroda hücumu Ukraynanın özünümüdafiə hüququ kimi şərh etməsindən narazı qalıb və bu qurumu öz mövqeyinə görə təhqir edib.














