“ABŞ Rusiyanın düşmənidir”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
O, ABŞ Prezidenti Donald Trampın Budapeşt sammitini ləğv etməsinə münasibət bildirib:
“Bizim baş verənlərdən əldə etdiyimiz nəticə budur. ABŞ düşmənimizdir, indi sülhməramlı deyil, sadəcə müharibə yolundadırlar”.
Qeyd edək ki, Budapeştdə Trampla Rusiya Prezidenti Vladimir Putin arasında planlanan görüş ləğv edildikdən sonra Rusiyanın iki şirkətinə sanksiya tətbiq edilib.
Əliyar Xəlil
Globalinfo.az