Medvedev Makronu ələ saldı, Trampı təriflədi

Medvedev Makronu ələ saldı, Trampı təriflədi

“G7 bir format olaraq çoxdan ölüb. Hətta Moskvanın iştirakı ilə “səkkizlik” olanda da biz zombilərlə mübarizə aparmalı olduq”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

“ABŞ Prezidenti Donald Tramp Mikronun (Fransa Prezidenti Emmanuel Makronu nəzərdə tutur) başçılıq etdiyi “avropalı mələklərə” G7-dəki yerlərini göstərdi”, – deyə Medvedev fransalı prezidenti ələ salaraq yazıb.

O, Trampı yaxşı adam adlandırıb.

Qeyd edək ki, Kanadada iyunun 15-dən 17-dək G7 sammiti keçirildi.

Əliyar Xəlil
Globalinfo.az