“Gürcüstan “Maydan”ın Ukrayna üçün nəyə çevrildiyini başa düşür”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
“Gürcüstan “Qızılgül İnqilabı”nın nə demək olduğunu bilir. Gürcüstan “Maydan”ın Ukrayna üçün nə ilə nəticələndiyindən xəbərdardır. Ona görə də Gürcüstan xeyli praqmatik ölkəyə çevrilib. Bu da bizi sevindirir. Rusiya və Gürcüstanı ümumi inanc və tarix birləşdirir, onlar iki qonşudur. Halbuki 2008-ci ildə Cənubi Osetiyada baş vermiş münaqişəyə görə məsuliyyət yalnız Gürcüstanın o vaxtkı prezidenti Mixail Saakaşvilinin üzərinə düşür”, – deyə Medvedev vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az














