Medvedevdən III Dünya müharibəsi anonsu

“Rusiya ilə NATO arasında III Dünya müharibəsinə səbəb olacaq birbaşa toqquşma təhlükəsi heç vaxt bu qədər real görünməyib”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın Təhülkəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Teleqram kanalında yazıb.

“Kubadakı raket böhranından sonra Rusiya ilə NATO arasında III Dünya müharibəsinə gətirib çıxaracaq toqquşma təhlükəsi heç vaxt bu qədər real olmayıb”, – D.Medvedev qeyd edib.

O, həmçinin növbəti il ABŞ-da keçiriləcək prezident seçkilərində Co Baydenin böyük ehtimalla məğlub olacağını bildirib.

Əliyar Xəlil
Globalinfo.az