
Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Medinskinin sözlərinə görə, bu görüş danışıqların ümumi sessiyasına hazırlıq baxımından mühüm rol oynayıb.
“Görüş baş tutdu. Bu, ümumi sessiyanın hazırlanmasında vacib rol oynadı”, – deyə Medinski jurnalistlərə bildirib.
Xatırladaq ki, İstanbulda Rusiya və Ukrayna arasında birbaşa danışıqların ikinci raundu keçirilib. Təxminən bir saatdan bir qədər artıq davam edən görüşdə nümayəndə heyətləri rus dilində ünsiyyət qurublar. Tərəflər münaqişənin nizamlanması ilə bağlı öz baxışlarını əks etdirən sənədlərlə fikir mübadiləsi aparıblar.
Aysel Əliyeva
Globalinfo.az














