Mədəniyyət Nazirliyi aktyorla bağlı ittihamlara cavab verdi – AÇIQLAMA

Xalq artisti Ramiz Novruzun vəfatından sonra aktyorun yaxınları və həmkarları dəfn mərasimində dövlət rəsmilərinin iştirak etmədiyini irad bildiriblər. Hətta aktyor Əli Nur Mədəniyyət Nazirliyinin Ramiz Novruzun dəfn mərasimini layiqli şəkildə təşkil etmədiyini irad tutub.

Əli Nur deyib ki, “Ramiz Novruz Akademik Milli Dram Teatrının səhnəsindən götürülməli, Mədəniyyət Nazirliyinin yüksək vəzifəli məmurları heç olmasa hərəsi bir-iki kəlmə söz deyəydi. Ramiz Novruzu gizli şəkildə dəfn etmək axı ayıbdır!”

Globalinfo.az tənqidlərlə bağlı Mədəniyyət Nazirliyindən mövqe öyrənib. Nazirlikdən bildirilib ki, dəfndə dörd rəsmi şəxs iştirak edib:

“Mədəniyyət Nazirliyindən aparat rəhbərliyi, incəsənət sektorunun müdiri, teatr sektorunun müdiri və s. onlar həm dəfndə, həm də vida mərasimində iştirak ediblər. Dəfn yerinə qədər nazirlik həll edib”.

Zaira Akifqızı

Globalinfo.az