Mədəndə faciə: onlarla texnika torpaq altında qaldı – ANBAAN VİDEO

Çinin şimalındakı Daxili Monqolustan bölgəsindəki daş kömür mədənində baş verən dəhşətli qəzanın görüntüləri yayılıb.

Globalinfo.az xəbər verir ki, görüntülərdə ərazidə işləyən onlarla texnikanın torpaq altında qalması əks olunub.

Xatırladaq ki, son məlumatlara görə Daxili Monqolustan bölgəsindəki daş kömür mədəninin çökməsi nəticəsində beş nəfər ölüb, 48 nəfər itkin düşüb.