Mebel sexindəki partlayışda yaralananların son durumu

Yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsinin yaxınlığında mebel sexində partlayışla əlaqədar Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində 7 nəfərin müalicəsi davam etdirilir.

Bu barədə Globalinfo.az-a Tibbi Ərazi Bölməlrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, müalicə alan 7 nəfərdən 2-nin vəziyyəti ağır stabil, 5 nəfərin vəziyyəti isə orta ağır olaraq qalır.

Nərimanov Tibb Mərkəzində 1 nəfər, həmçinin Kliniki Tibbi Mərkəzdə də müalicə alan 1 nəfər ambulator müalicə üçün evə buraxılıb.