Qaçaq Mayılın qızı vəfat etdi – FOTO

Xalqımızın qəhrəman oğlu, uzun illər Şura hökumətinə qarşı dəyanətlə mübarizə aparmış tarixi şəxsiyyət Qaçaq Mayılın qızı Seyrə xanım 101 yaşında vəfat edib.

Globalinfo.az bildirir ki, Seyrə xanım bu gün saat 13-də Qonaqkənddə, atasınun uyuduğu məzarlıqda torpağa tapşırılacaq.

Sənəddə təvəllüdü 1922-ci il göstərilən, özünün söylədiyində isə doğum ili təxminən 1916-cı ilə təsadüf edən Seyrə xanım tez-tez “Ay işığı” ədəbi məclisinin qonağı olub, Qaçaq Mayılın taleyi və mübarizə yolu haqqında çox mətləbləri anladıb, çox sirləri açıb.

Bir abidə və mətn şəkili ola bilər

Malik Liftiyev
Globalinfo.az