Bəzi ölkələr MDB ölkələrində qanuni hökuməti, ənənəvi dəyərləri və ümumilikdə vəziyyəti pozmağa çalışırlar.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin MDB Təhlükəsizlik Şurası katiblərinin iclasının iştirakçılarına videomüraciətində bildirib.
“Qlobal qeyri-sabitlik Avrasiyada da proqnozlaşdırılır. Üstəlik, bəzi ölkələrin hərəkətləri bilavasitə MDB ölkələrində qanuni hakimiyyəti, sosial sabitliyi və ənənəvi dəyərləri sarsıtmağa, ənənəvi sıx ticarət, əməkdaşlıq və mədəni əlaqələrimizi pozmağa yönəlib”, – Putin bildirib.
Putin qeyd edib ki, MDB ölkələri üçün ümumi olan təhlükələr hələ də qalmaqdadır: terrorizm və mütəşəkkil cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi və qeyri-qanuni miqrasiya, radikalizm və ekstremizm, həmçinin iqtisadi, informasiya, texnoloji və bioloji təhlükəsizlik sahəsində risklər.














