Dünən gecə saatlarında Daxili İşlər Nazirliyinin (DİN) araşdırmaları nəticəsində tapılan iki azyaşlı qız “Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinə yerləşdirilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.
“İki azyaşlını polis əməkdaşlarının iştirakı ilə təhlükəsizliyinin təmin edilməsi, hüquqlarının qorunması və reabilitasiya keçməsi məqsədi ilə qəbul etdik. Tərəfimizdən dərhal hər iki uşaq ilkin tibbi müayinələrdən keçirildi. Hazırda vəziyyətləri orta stabildir, psixoloji gərginlikləri var”, – deyə o bildirib.














