Maştağada itkin düşən qızlar tapıldı: orada gizlədiliblərmiş – YENİLƏNİB

Maştağada itkin düşən qızlar tapıldı: orada gizlədiliblərmiş – YENİLƏNİB

Yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarışı aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsü Sabunçu RPİ əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.

Globalinfo.az xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Məlumatda həmçinin araşdırmanın DİN-in nəzarətinə götürüldüyü bildirilib.

*** 21:11

Bakıda itkin düşmüş kimi axtarış aparılan şəxslər tapılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli məlumat verib.

O deyib ki, paytaxtın Maştağa qəsəbəsində ailə üzvlərini məlumatlandırmadan itkin düşmüş kimi axtarış aparılan 2008-ci il təvəllüdlü A.H və 2007-ci il təvəllüdlü R.H polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə tapılıblar.

Hazırda onların qaçma səbəbləri və digər təfərrüatları araşdırılır.