Maştağada əməliyyat: saxlanılanlar var – VİDEO

Maştağada əməliyyat: saxlanılanlar var - VİDEO

Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən Globalinfo.az-a verilən xəbərə görə, Sabunçu rayon Polis İdarəsi 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyatlar nəticəsində Maştağa qəsəbəsində narkotiklərin satışını həyata keçirən Abasqulu Quliyev və Fazil Cəfərzadə saxlanılıblar. Onlardan ümumilikdə 4 kiloqram satış məqsədi ilə əldə etdikləri qurudulmuş marixuana aşkarlanıb.

Faktla bağlı 14-cü Polis Şöbəsində toplanan materiallar Sabunçu RPİ-yə göndərilib.

Maştağada ƏMƏLİYYAT:  saxlanılanlar var - VİDEO Maştağada ƏMƏLİYYAT:  saxlanılanlar var - VİDEO