“İlon Mask hökumətin elektrik avtomobil proqramına verdiyi dəstəyi itirə bilər”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
O bildirib ki, Maskın özünün nəzarət etdiyi “DOGE” agentliyi ona qarşı istifadə oluna bilər.
“İlonun itirəcəyi çox şey var. Mask çoxlu subsidiyalar alır. Ancaq indi elektromobillər üçün mandatını itirdiyinə görə üzülür”, – Tramp vurğulayıb.
Ağ Ev rəhbərinin sözlərinə görə, Mask tarixdə hamıdan çox subsidiya alan biznesmendir. Əgər bu subsidiyalar olmasaydı, o, Cənubi Afrikaya qayıdacaqdı.
Qeyd edək ki, İlon Mask son vaxtlara qədər DOGE koordinatoru vəzifəsini tutub və prezidentin yaxın çevrəsinin bir hissəsi olub. Bununla belə, münasibətlər pisləşib və Mask Ağ Evi, hökumət xərcləri və idxal rüsumları haqqında qanunu tənqid edib. O həmçinin Trampın impiçmenti ideyasını dəstəkləyib.
Buna cavab olaraq prezident İlon Maskı “dəli” adlandırıb və öz vəzifələrini vicdansız şəkildə yerinə yetirməkdə ittiham edib. Maskı şirkətlər, o cümlədən SpaceX ilə müqavilələri pozmaqla hədələyib.
Əliyar Xəlil














