Mühəndis və iş adamı Errol Mask ABŞ Prezidenti Donald Trampla oğlu İlon arasındakı münaqişəni şərh edib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə “Tsargrad”a açıqlama verib.
Maskın atası hadisəni hər iki tərəfin emosionallığı ilə bağlı kiçik insident adlandırıb.
“Burada səhv bir şey yoxdur. Onların hər ikisi çox həssasdırlar. Amma İlon hazırda stress yaşayır. Hər şey buna görə baş verdi. İnanın ki, onlar barışacaqlar”, – o bildirib.
Qeyd edək ki, Errol Mask Tsarqrad İnstitutunun təşkil etdiyi Gələcək Forum 2050- də iştirak etmək üçün hazırda Moskvadadır .
Günay Rəsulqızı
Globalinfo.az














